Azərbaycanla bağlı mühüm qətnamə qəbul edilib: "Detallarını hələ açıqlamaq istəmirəm"

09-04-2019 [00:41]
Azərbaycanla bağlı mühüm qətnamə qəbul edilib.

Mia.az xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının vitse-prezidenti, deputat Azay Quliyev "tvitter" hesabında yazıb.

Lakin o, qətnamənin detallarını açıqlamayıb: "Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm".


SON XƏBƏRLƏR