Deputatın 21-ci kitabı çapdan çıxdı

08-04-2019 [17:44]
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın yeni, sayca 21-ci kitabı çapdan çıxıb.

Mia.az-ın xəbərinə görə, "Nurlan” nəşriyyatında işıq üzü görən kitaba müəllifin ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair son bir ildə yazdığı məqalələri daxildir. "Doğru düşüncənin hikməti” adlanan kitabda siyasət, sosial şəbəkə fenomeni, təhsil, dil, din, mədəniyyət və tarixin aktual problemlərinə müəllifin fərqli baxışları yer almaqdadır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.



SON XƏBƏRLƏR