Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini uzadıb

img

08-04-2019 [15:25]


Avropa İttifaqı (Aİ) İranda insan hüquqlarının pozulması ilə bağlı bu ölkəyə qarşı tətbiq etdikləri məhdudlaşdırıcı tədbirlərin müddətini 2020-ci il aprelin 13-dək uzadıb.

"Report” xəbər verir ki, Aİ Şurasının bəyanatında İranda insan hüquqları sahəsində ciddi pozuntular ilə bağlı 2011-ci ildən tətbiq olunan sanksiya siyahısındakı 82 şəxs və bir şirkət barəsində Avropa İttifaqı məkanına giriş qadağası, Avropa banklarında olan və ya aşkar ediləcək bütün aktivlərinin dondurulması kimi məhdudlaşdırıcı tədbirlər qüvvədədir.

Bununla yanaşı, təqiblər, telekomunikasiya vasitələrinin izlənməsi üçün istifadə olunan avadanlığın İrana ixracına qadağa qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR