Rumıniya XİN başçısı: “Şərq Tərəfdaşlığı” ölkələrinin Aİ-yə üzvlüklə bağlı perspektivləri var”

img

08-04-2019 [14:07]


"Şərq Tərəfdaşlığı” ölkələrinin gələcəkdə Avropa İttifaqına daxil olması ilə bağlı perspektivləri var”.

"Report”un yerli bürosu Gürcüstanın İctimai Televiziyasına istinadən xəbər verir ki, bunu Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən öncə Rumıniyanın XİN başçısı Teodor-Viorel Meleskanu bildirib.

Onun sözlərinə görə, Aİ "Şərq tərəfdaşlığı” ölkələrindəki pozitiv dəyişikliklərə dəstək verir. Belə ki, bu dəyişikliklər ölkələr üçün deyil, həmin dövlətlərin sakinləri üçün həyata keçirilir.

XİN başçısı qeyd edib ki, Rumıniya üçün "Şərq Tərəfdaşlığı” əsas prioritetlərdən biridir: "Bugünkü gündəliyə nazirlərin gələn ay keçiriləcək görüşünə hazırlıq məsələsinin daxil edilməsindən məmnunuq. Biz bundan sonra da "Şərq Tərəfdaşlığı”nın 10 illik fəaliyyətini qiymətləndirəcək yekun sənədlə bağlı ideyanı dəstəkləyəcəyik. Sənəddə tərəfdaşlarımız olan ölkələrdə həyata keçirilmiş əhəmiyyətli dəyişikliklər də yer alacaq. Sənəd həmçinin tərəfdaşları səylərini davam etdirməyə çağırır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR