Kılıçdaroğluyla Akşener bir araya gəldi, Ərdoğana seçki ismarıcı verdilər: "Əziz millət əfv etməz"

08-04-2019 [14:28]

Bu gün CHP sədri Kamal Kılıçdaroğluyla İYİ partiyanın sədri Maral Akşener görüşüblər.

Mia.az xəbər verir ki, tərəflər görüşdən sonra jurnalistlərə açıqlamalar verib.

CHP sədri Kamal Kılıçdaroğlu İstanbuldakı bələdiyyə seçkisinə toxunaraq bildirib ki,  bu ana qədər etibarsız hesab olunan bülletenlərin 92.30 faizi sayılıb: "Bir az əvvəl AKP-nin İstanbul bələdiyyəsinə namizədi Binəli Yıldırım,  AKP sədri Ərdoğan, Daxili işlər naziri və Ədliyyə naziri gizli toplantı keçirir. Niyə? Nə üçün? Seçki keçirildi. Səslər sayıldı. Bəs sonradan niyə 39 rayonda səslərin tamamı təkrar sayılmalıdır? Yuxarıdan aşağıya seçirlər? Bu məsələ CHP, İYİ, Səadət partiyasının məsələsi deyil, bu, bir demokratiya məsələsidir. Bəli, seçki qutularının 92.30 faizi yenidən açıldı, səslər təkrar sayıldı. Saat 08.54-ə (Türkiyə vaxtı ilə)  olan məlumata görə, 15 min 722 səslə Əkrəm İmamoğlu yenə İstanbul bələdiyyəsinin sədri seçilmiş durumundadır. O, İstanbul bələdiyyəsinin yeni sədridir".

Akşener isə deyib ki, milli iradəyə sayğısızlığı bu qazi və əziz millət əfv etməz: "Millət seçkidə bu cəzanı verər, əfv etməz".

İYİ lideri daha sonra bu gün Rusiyaya səfər ərəfəsində İstanbuldakı seçkilərlə bağlı açıqlamalar verən Ərdoğana narazılığını bildirib:

''Bu gün çox vahim bir hadisə olmaqdadır. O da budur: "Biz qazana bilmiriksə, seçkinin heç bir mənası yoxdur".

Cənab Ərdoğan bu gün İstanbulda ortaya çıxan seçkinin nəticələrini qəbul etməməklə, milli iradəyə xəyanət edir. Bu millət iradəsini lağa qoyana elə seçkidə sağlam zərbə vurar.

Mən buradan YSK-ya səslənirəm: uşaqlarınızın üzünə qürurla baxmaq halında olun. Siz seçkinin etibarını, təhlükəsizliyini qoruyacaq hüquqi qurumusunuz. Vəzifənizə sahib çıxın".

İYİ lideri sonda AKP-nin İstanbuldakı davranışını belə şərh edib: "Belə anlaşılır ki, İstanbulu qazanana qədər seçkilər təkrar-təkrar  davam edəcək. Mən bunu ədliyyə nazirinin açıqlamasında da gördüm. Halbuki, bir an əvvəl Türkiyədəki hazırkı gərgin ortam aradan qaldırılmalıdır".



SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...