MSK-ya illik maliyyə hesabatı verməyən siyasi partiyaların adları açıqlanıb - SİYAHI

08-04-2019 [12:49]
Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim etməyən siyasi partiyaların adları məlum olub.

Qeydiyyatdan keçən partiyaların 14-ü maliyyə hesabatı verməyib.

Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azadlıq Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Aydınlar Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Bəzi partiyalar da hesabatı təqdim edib, baxılma mərhələsindədir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Mərkəzi Seçki Komissiyası müddətin bitməsinə baxmayaraq hesabatları qəbul edir. Bildirilir ki, bu, hesabatlılıq ənənələrinin formalaşması üçün edilir.
"Report”


SON XƏBƏRLƏR