Azərbaycan soğan idxalına gömrük rüsumunu ləğv edib

img

08-04-2019 [12:45]


Azərbaycan hökuməti ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv edib.

Mia.az xəbər veirr ki, bu barədə İqtisadiyyat Nazirliyi ilə  Kənd Təsərrüfatı Nazirliyinin yaydığı birgə məlumata görə, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib:

"Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədərixrac rüsumu tətbiq edilib. Bundan başqa,soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib.

Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR