“Ramiz Rzayev Ali Məhkəmənin sədri ola-ola islahat aparmaq mümkün deyil” - İttiham

img

08-04-2019 [12:34]


"Azərbaycanda məhkəmə sistemi çöküb. Bu sahədəki problemlər hər zaman ölkə başçısını qınaq obyektinə çevirib. Bu səbəbdən də məhkəmələrdə islahatların aparılması vacib idi”.

Bu fikirləri Mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, məhkəmə sistemi o qədər bərbaddır ki, Ali Məhkəməni belə bazara çeviriblər:

"Ramiz Rzayevin, ətrafının varlanması hakimiyyətə, ölkə başçısına baha başa gəlir. Mən düşünmürəm ki, Ramiz Rzayev Ali Məhkəmənin sədri ola-ola ölkədə məhkəmə islahatı həyata keçirilsin. Bu, mümkün deyil. Bu cür adamlar illərdir ölkə Prezidentinə zərbə vururlar. Üzdə bir söz deyirlər, amma bütün fəaliyyətləri ilə Prezidenti çətin vəziyyətə qoyurlar. Əllərində kifayət qədər pul var, mafiya yaradıblar, bütün günü ölkə rəhbərinin əleyhinə işləyirlər. Amma bilsinlər ki, mən buna imkan verməyəcəm. Bəzi yoldaşlar mənə zəng edirlər ki, bizim adımızı çəkmə. Mən də onlara açıq deyirəm ki, kim qardaşıma xəyanət edəcək, qarşısında məni görəcək”.

Partiya sədri məhkəmələrdəki problemlərə də toxunub. Onun sözlərinə görə, o qədər biabırçılıqdır ki, məhkəmə prosesi keçirilmədən qərar verən hakimlər var.

"Kimsə kiminsə dostudur, kimsə filan qədər pul verib deyə, məhkəmə qərarları çıxarılır. Bu, biabırçılıqdır. Sual ortaya çıxır ki, bu qurumlara nəzarət etməli orqanlar hara baxır. Ramiz Rzayev istədiyini edir. Nəyə görə nəzarət etməli şəxslər bunlara "dur” demir. Bir nəfərin özbaşınalığına görə Prezident nəyə görə təzyiqlə üzləşməlidir. Bunlar dağıtmalıdır, yeməlidir, amma mənim qardaşım əziyyət çəkməlidir. Xeyr. Buna son veriləcək. Təkcə məhkəmə deyil, bütün sahələrdə belədir. Bu adamlar radikal müxalifətlə bir olub prezidentin əleyhinə işləyirlər. Cəmil Həsənlinin yüksək vəzifədə oturan yerliləri ona pul ötürürlər ki, ölkədə aranın qarışması üçün iş görsünlər. Çünki baş qarışıq olanda bunları işin daha yaxşı gedir. Yenə deyirəm. Əgər bu cür xəyanət davam eləsə, qolumu çirməyib özüm səlahiyyət alıb bunların kökünü kəsəcəm” – deyə partiya sədri fikrini tamamlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR