Bakıda qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanılıb

08-04-2019 [12:27]
Bakıda qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə ötən ilin oktyabr ayından cari il martın 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub. 

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.  


SON XƏBƏRLƏR