Keşlə dəmiryolu stansiyasından 10 ədəd relsi oğurlayan 3 nəfər tutuldu

img

08-04-2019 [12:13]


Polis əməkdaşlarının sayıqlığı sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 ədəd relsi oğurlamağa cəhd göstərən 3 nəfər Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə Xətt Polis Bölməsinə təhvil verilmişlər.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR