08-04-2019 [11:20]
Bakıda "İrşad” otelini tanımayan yoxdur. Şəhərin mərkəzindəki bu xudmani mehmanxana xüsusilə ərəb ölkələrindən gəlmiş turistlərin sevimli məkanıdır. Ola bilsin ki, burada həmin otelin sahibinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyevin olması da öz sözünü deyir. Əvvəllər söz-söhbət gəzirdi ki, otel bu sahənin ölkədə inkişafı üçün nəzərdə tutulmuş pullara tikilib. Lakin bu əhvalatın təfərrüatları ictimaiyyətə məlum deyildi.
Mia.az xəbər verir ki, bu barədə virtualaz.org-a Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salihin oğlu danışıb.
İsa da ilahiyyatçı alimdir və 1996-cı ildə namizədlik disertasiyasını müdafiə edib. Elmi rəhbəri isə Rafiq Əliyev olub. Elə həmin vaxt tərəflər Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Yeni layihədə paylar haqqında danışılıb və bu işdən gəlir götürmək də nəzərdə tutulub. Tərəflərin öhdəlikləri 14 iyun 1997-ci ildə imzalanmış müqavilədə öz əksini tapıb.
İşin bitdiyini hesab edən İsa vətəninə yollanıb və əmin olub ki, POWELLINDASTRIESGmbh şirkətinin timsalında Azərbaycan tərəfi obyekti müqaviləyə uyğun tikib istifadəyə verəcək. Ərəb tərəfi yalnız vaxtlı-vaxtında maliyyə dəstəyi göstərməli idi. Şirkətə rəsmi olaraq Rafiq Əliyevin qızı başçılıq etsə də, bütün məsələləri Dövlət Komitəsinin keçmiş sədri özü həll edirdi.
Dubaylı iş adamının 1,6 milyon dollarlıq obyektin yerində yataqxana əvəzinə otelin tikildiyini bilib-bilməməsini söyləmək çətindir. Lakin müqavilədə "İrşad” İslamşünaslıq tədqiqatları mərkəzi kimi göstərilir. Əslində isə elə ilk günlərindən o, otel kimi fəaliyyət göstərməyə başlayıb.
Düzdür, iki il ərzində ərəb iş adamı mütəmadi olaraq gəlirdən öz payını alıb. Bu müddət ərzində onun hesabına 190 min dollar köçürülüb. Lakin 2002-ci iıdən bu ödənişlər dayanıb, o vaxtdan Əliyevin telefonu da dubaylı iş adamının üzünə bağlanıb.
İsa Məhəmməd Salih Bakıya gələrək məsələləri burada həll etmək istəyib, lakin onu başa salıblar ki, bu cür yüksək vəzifəli adamla münaqişəyə girməyə dəyməz.
Sonradan iş adamının oğlu Rafiq Əliyevlə görüşmək fikrinə düşüb. Lakin Əliyev qonağın dalınca maşın göndərəcəyinə söz versə də, sonradan zənglərə cavab verməyib. Bir qədər sonra DİN-ə verilmiş ərizənin nəticəsi olaraq iş adamını oğlu ilə birlikdə qəbul etmiş müstəntiq Fikrət Məmmədov da telefon zənglərinə cavab verməyib. İlk zəngdən sonra şikayətçiyə bildirilib ki, Rafiq müəllimlə danışıblar və tezliklə bütün anlaşılmazlıqlar həll ediləcək. Lakin sonradan əlaqə kəsilib.
"İrşad" otelinin açılışı
Redaksiyamızdan olunan zəngə cavab olaraq Fikrət müəllim deyib ki, işdə cinayət tərkibi olmadığı üçün o, konsulluğa göndərilib və mülki iş kimi məhkəməyə müraciət edilməlidir.
"Booking" otelin xidmətlərini təklif edir, islam mərkəzi barədə heç bir məlumat verilmir
Lakin Fikrət müəllim bir məsələni dəqiqləşdirməyib ki, maliyyə mübahisələri müəyyən vaxt keçdikdən sonra əhəmiyyətlərini itirirlər. Başqa sözlə, 20 ildən sonra dubaylının məhkəməyə müraciət etməsinin mənası yoxdur. Lakin işin təfərrüatları ilə tanış olduqda orada cinayət tərkibi tapmaq elə də çətin iş kimi görünmür. Təcrübəli müstəntiqlə bu barədə mübahisə etmək istəməzdik, amma bu iş bir çox halları ilə vəzifəli şəxs tərəfindən xarici investora qarşı dələduzluğa bənzəyir. Bu yerdə Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatları ilə bağlı bu günlərdə imzaladığı fərmanı da yada salmaq yerinə düşərdi.
Düzdür, biz özümüz də inanmaq istəmirik ki, Rafiq Əliyev kimi hörmətli alim adicə dələduz imiş. Lakin hər bir iş ətraflı öyrənilməli və ictimaiyyətə bununla bağlı dəqiq məlumat verilməlidir. Əks halda, bu cür hadisələr həm Dövlət Komitəsinin keçmiş sədrinin, həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salır...
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"