Şriftin ölçüsü / 259 dəfə oxunub

Aparıcı söyüşə görə “Space”dən çıxarıldı

08 Aprel 2019 [11:07]

Dünəndən tənqidlərə məruz qalan Space TV bu gün "Hər səhər” verilişi ilə bağlı dəyişiklik edib. Proqramın aparıcısı Anar Vaqifoğlu bu gün efirə buraxılmayıb.

Onu tanınmış aktyor Çingiz Əhmədov əvəzləyib. Anar isə "Space"dən qovulub.

Qeyd edək ki, "Hər səhər”in ötən həftəki buraxılışında Rüfət Axundov və Rəşad İlyasov mahnı oxuyarkən qeyri-etik ifadələrdən istifadə edib.

MTRŞ isə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib,iş məhkəməyə göndərilib.

Proqramda səs rejissoru kimi çalışan Etibar Mustafayev isə işdən uzaqlaşdırılıb/qafqazinfo



SON XƏBƏRLƏR