"Ordan maaş alıram və ona görə də çox dərinə gedə bilmirəm” - Nazirə ittiham

07-04-2019 [18:42]
"Tənqidlərimə görə üstümə hücumlar normaldı, həyatın qanunu belədir, həmişə işi bilənə yox, bilməyənə tapşırırlar”.

Bunu müğənni Əli Mirəliyev gənc müğənniləri tənqid etdiyi üçün ona qarşı hücumlardan danışarkən deyib. 

Ə.Mirəliyev bildirib ki, tənqid etdiyi müğənnilər oxuya bilmir və onun dediklərini də qəbul etmirlər:

"Tanıdığınız müğənnilərin səksən faizi oxuya bilmir. Mədəniyyət Nazirliyi çatana xalq artisti və ya əməkdar artist fəxri adı verirsə, axırı da belə olmalıydı. Başqa nə gözləyirdiniz ki? 

Tənqidlərimə görə üstümə hücumlar normaldı, həyatın qanunu belədir, həmişə işi bilənə yox, bilməyənə tapşırırlar. Bunlar da ki, bilməyənlərdir və çalışırlar ki, bilənin də ağzını yumsunlar. Hamısı yaxşı bilir ki, oxuyanlardan kim hansı gücə malikdir, oxuya bilirmi, Azərbaycan musiqisi onun səsində varmı və ya yoxmu, hamısını bilirəm. Sadəcə ARB TV kanalında işləyirəm, ora mənim ailəmdi, ordan maaş alıram və ona görə də çox dərinə gedə bilmirəm”.

Moderator.az


SON XƏBƏRLƏR