MTRŞ Space-in efirindəki ədəbsiz sözlərə görə məhkəməyə müraciət etdi - 8 min manatadək CƏRİMƏ

07-04-2019 [10:22]

Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Teleradio və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib.

Bunu Modern.az-a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

T.Dadaşov qeyd edib ki, 5 aprel tarixində kanalın İnzibati Xətaar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə prtokol tərtib edilib.

MTRŞ rəsmisinin sözlərinə görə, bununla bağlı iş məhkəməyə göndərilib.

Qeyd edək ki, müğənnilər Rəşad İlyasov və Rüfət Axundov Space telekanalının efirində qonaq olarkən musiqi nömrəsilə çıxış ediblər. Onlar üzlərini aparıcıya tutmuş şəkildə mikrofonlarının sönülü olduğunu zənn edərək mahnının sözlərini biədəb formada dəyişdiriblər. Mikrofon açıq oluğundan onların ədəbsiz ifadələr aydın şəkildə eşidilib.




SON XƏBƏRLƏR