05-04-2019 [21:42]
Gələn həftə Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.
Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bununla bağlı "Azadlıq Radiosu"na müsahibə verib.
Mia.az müsahibəni oxucularına təqdim edir:
- Aprel sessiyası zəngin olacaq. Müxtəlif məsələlərin müzakirəsi gözlənilir. Avropa Şurasının gündəliyində birbaşa Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məsələ yoxdur. Amma AŞPA-nın iki komitəsinin - İnsan hüquqları və Monitorinq komitələrinin Azərbaycanla bağlı birgə dinləmələri olmalıdır. O dinləmələrdə həm Azərbaycandan gələn ekspertlər, həm Avropa Şurasının dəvət etdiyi şəxslər, həm də nümayəndə heyətinin üzvləri iştirak edəcək. Müzakirələr açıq keçiriləcək.
- Bu müzakirədən gözləntiniz nədir? Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı əfv sərəncamı verilib, dövlət başçısı islahatlara gedəcəyini bəyan edib, məhkəmə-hüquq islahatı ilə bağlı fərman imzalanıb və s. Bunlar müzakirənin ab-havasına təsirini göstərəcəkmi, yoxsa daha çox tənqid səslənəcək?
- Azərbaycanda son illər insan hüquqları sahəsində xeyli işlər görülüb. 2017-ci ildən başlayaraq Azərbaycanın prezidenti tərəfindən Cinayət Məcəlləsi humanistləşdirilib, əfv sərəncamları verilib. Sonuncu əfv sərəncamı isə əhatəli bir sənəddir. Bundan sonra da bir neçə addım atıldı. Məsələn, deyirdilər İlqar Məmmədovla bağlı məsələlər başa çatdırılmayıb. İndi isə şərti azadlıqdan məhrumetmə, başqa məhdudiyyətlər aradan götürüldü. Nəhayət, cənab prezidentin məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı imzaladığı sənəd çox vacibdir, məhkəmə sisteminin içərisində hüquq və insan haqlarının inkişaf etdirilməsinə birbaşa xidmət edən fərmandır. Bunu heç kim inkar edə bilməz, islahatlar yüksək səviyyədə gedir. Bu yaxınlarda mən ABŞ-dan qayıtmışam, orda da dedim ki, islahatlar daha geniş və dərin şəkildə gedəcək. Biz bunun əyani şahidlərinə çevrilirik.
- Səməd müəllim, Siz əfv sərəncamından, məhkəmə-hüquq islahatlarından danışdınız. Amma bugünlərdə əfv sərəncamı ilə azadlığa buraxılan Bayram Məmmədov yenidən saxlanılıb, 30 sutka həbs cəzası alıb.
- Bu haqda daha konkret cavab almaq üçün hüquq-mühafizə orqanlarına müraciət edin. Onlar daha geniş məlumat verə bilərlər. Mən isə siyasətlə məşğul olan, parlamenti təmsil edən şəxs kimi, nümayəndə heyətinin rəhbəri kimi ümumi şəkildə qeyd edə bilərəm ki, islahatlar hər zaman müqavimətlə qarşılanır. Məni millət vəkili, Azərbaycanı təmsil edən şəxs kimi narahat edən odur ki, bəzən bu yüksəksəviyyəli fərmanlara, atılan addımlara, islahatlara kölgə salmaq üçün onları imitasiya kimi təqdim edirlər. Guya bu islahatların arxasında ciddi niyyət yoxdur və s. Bu dövrdə xeyli insan aktivləşir, bunların əlindən bəzi məsələlər çıxdığından xırdaçılığa getməyə, nələri isə qabartmağa çalışırlar.
Bir daha deyirəm ki, Azərbaycanda siyasi iradə ən yüksək səviyyədə ortaya qoyularaq həm məhkəmə, həm hüququn tətbiqi, həm də başqa istiqamətlərdə islahat aparılır. Bunu heç kim inkar edə bilməz. Bu prosesə don geyindirmək doğru olmazdı. Bu proses, islahatlar həm Azərbaycana, həm də beynəlxalq təşkilatlara vacibdir. Əminəm ki, beynəlxalq təşkilatlar nə qədər tənqidi çıxış etsələr də, onlar da islahatların öz bəhrəsini verməyə başladığını başa düşürlər. Ancaq hər şeyi birdən etmək mümkün deyil. Bu istiqamətdə daha əhatəli addımlar da atılacaq.
- Siz insan haqları sahəsində islahat getdiyini deyirsiniz, ancaq daha bir keçmiş məhbus Qiyas İbrahimov sosial şəbəkədə yazdıqlarına görə təkidlə polis bölməsinə aparılıb.
- Hər bir insan öz davranışına, hərəkətinə görə mütləq məsuliyyət daşımalıdır. Xüsusən də o insanlar ki, gündəmdədir, həm media, həm də beynəlxalq təşkilatların gündəmindədirlər. Mən parlamenti təmsil edirəm, ona görə məsuliyyətim var ki, mənim sözümdən kimsə Azərbaycanın maraqları əleyhinə istifadə etməsin. Bu baxımdan, biz hamımız məsuliyyət daşıyırıq. Mən inanmıram ki, belə sözlər deyilsin. Əksinə, islahatlar hamı tərəfindən dəstəklənməlidir.
- Siz bir qədər öncə ABŞ-da səfərdə olmusunuz və islahatlar haqda danışmısınız. Orda Azərbaycanın bu haqda bəyanatları necə qarşılanır?
- Mən Azərbaycan-ABŞ dostluq qrupunun rəhbəriyəm. Bizim konqresmenlərlə, Dövlət Departamentində açıq söhbətimiz oldu. Bu məsələlər yüksək səviyyədə qarşılandı, yəni həm islahatlar, həm də Azərbaycanın Qərb istiqamətində apardığı addımlar dəstəkləndi. Bir müddət əvvəl NATO-da, Vaşinqtonda Azərbaycanla bağlı səslənən fikrilər bunun birbaşa sübutudur.
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO