Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına gedir

05-04-2019 [18:03]
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.


SON XƏBƏRLƏR