"Məclis bizim əlimizdədir, nə edəcəksiz ki?" - Ərdoğandan İmamoğlu və Yavaşa açıq mesaj

05-04-2019 [17:39]
"30 iri şəhərdən 15-ni biz, birini MHP qazanıb".

Mia.az xəbər verir ki, bu sözləri Prezident Ərdoğan Türkiyədə martın 31-də keçirilən seçkiylə bağlı danışarkən deyib.

O bildirib ki, təmsil etdiyi "Cumhur" İttifaqı səslərin ümumilikdə 53.3 faizini qazanıb: "Daxili işlərimizə qarışmaq istəyən ABŞ-ın, Avropanın bunları bilməsi lazımdır. Hər kəs həddini biləcək. 30 böyük şəhərlə yanaşı, 51 şəhərin 24-nü biz, 10-nu MHP qazanıb. Burada da "Cumhur" ciddi fərq yaradıb".

Ərdoğan uduzduqları şəhərlərdə, o cümlədən  Ankara və İstanbuldakı vəziyyətə də toxunub: "Bu şəhərlərdə məclis üzvlərinin çoxu bizim üzvlərdir. Bizim üzvlər seçiliblər. Ankarada durum daha da fərqlidir. 107 üzv bizə, 39 üzv isə 4 fərqli qrupa aiddir. İndi mən sizə deyirəm, onlar hər hansı bir məsələni necə məclisdən keçirəcək? Necə başqanam deyib, iş görəcəksən? Əgər bir bələdiyyə sədri rəhbərlik etdiyi qurumda kürəyini məclisə, məclisdəki çoxuluğa söykəyə bilməyəcəksə, o, nə edə bilər ki?".

Xatırladaq ki, ilkin rəsmi nəticəyə görə, Ankarada CHP-li Mənsur Yavaş, İstanbulda isə CHP-li Əkrəm İmamoğlu şəhər bələdiyyəsinin sədri seçiliblər.

Mia.az


SON XƏBƏRLƏR