"Fərq 18 min civarına düşüb, gözləməkdən başqa bir iş yoxdur" - Binəli Yıldırımdan seçki açıqlaması

img

05-04-2019 [15:48]


İstanbulda səs sayımı davam edərkən bələdiyyə sədrliyinə iddialı Binəli Yıldırım kameralar qarşısına çıxıb.

Mia.az xəbər verir ki, o, sözün Yüksək Seçki Kurulunda (YSK) olduğunu deyib: "Seçkidən sonra bütün söz haqqı YSK-dadır. Hazırda rayon və qəsəbə məntəqələrində işlər gedir. Qarşılıqlı etirazlar olan dairələr var. Bəziləri qəbul edilir, bəziləri yox. Hazırda gözləməkdən  başqa görüləcək bir iş yoxdur".

Yıldırm deyib ki, İmamoğlu ilə aralarındakı səs fərqi hər an dəyişir: "Detalları indidən açıqlamam doğru olmaz. Hər şey qanunlara uyğun davam edir. YSK bəyan etmədən nəyisə açıqlamaq düz deyil, əsassızdır. Onu deyə bilərəm ki, təkrar səs saymadan sonra fərq 29 mindən 18 min civarına düşdü. Hələ proses davam edir. Sayılacaq çox sandıq var. Bunun xaricində nəsə deməyim toplumu yönləndirmək kimi çıxar".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR