Şiriniyyat oğurlayan keçmiş məhkum tutulub

img

05-04-2019 [15:15]


Bakıda marketdən 44 manatlıq şirniyyat oğurlayan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Binəqədi rayon Polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən aprelin 4-də rayon ərazisindəki marketlərin birindən 44 manat dəyərində şirniyyat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məlikov saxlanılıb.

Onun axtarışda olması da müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR