Bakıda qayınatanı döyən quda və kürəkən saxlanılıb

img

05-04-2019 [15:09]


Bakıda qayınatanı döyən quda və kürəkən saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, aprelin 3-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini Elmar Quliyev xuliqanlıq zəminində qayınatası Elçin Nəbiyevi döyüb, bu zaman hadisəyə müdaxilə etmiş orada olan Elmarın atası Elnur isə tapançadan havaya atəş açıb.

Binəqədi rayon Poliis idarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar və Elnur saxlanılıblar. Hadisə törədilərkən istifadə edilmiş "Ekolbotan” markalı pnevmatik tapança və 3 ədəd patron götürülüb.

Faktla bağlı Cinyət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR