Prezident bu icra başçılarını çıxardı, yeni təyinatlar oldu + SİYAHI

img

05-04-2019 [14:37]


Azərbaycan Prezidenti İlham Əliyev bir neçə rayonun icra başçısının dəyişdirilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Mia.az xəbər verir ki, prezidentin bununla bağlı imzaladığı sərəncama əsasən, Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bundan əlavə Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Dirgər sərəncamla Məhərrəm Böyükağa oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR