Elmar Məmmədyarov bu gün Moskvada Sergey Lavrovla görüşəcək

img

05-04-2019 [12:51]


Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, E.Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvada səfərdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR