Hesablama Palatası Prokurorluq və DTX-ya müracət etdi - Yoxlamaların nəticələri ilə bağlı

05-04-2019 [11:59]

Bu gün Hesablama Palatasının illik hesabatı ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

MİA.az-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, indiyə qədər Hesablama Palatası Milli Məclisdə hesabat verib, bu il isə parlamentin komitəsində hesabatının müzakirəyə çıxarılması əlamətdar haldır.

V. Gülməmmədov Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların 5-i analitik təhlil, 53-ü audit formasında həyata keçirilib. Audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib. Auditlərin 38-i Bakıda, 2-i xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri regionlarda aparılıb. Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərçisində büdcə qanunvericilyiinin pozulması, mhasibat və dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb.
 
V. Gülməmədov nəzərə çatdırıb ki, son 5 ildə audit yoxlamaları nəticəsində 69,5 milyon manat vəsait dövlət büdcəsinə, 2,2 təşkilatlara, 2,6 milyon manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa edilib. Ümumilikdə isə son 5 ildə ərzində 72,1 milyon manat vəsaitin bərpsı təmin edilib. Bu müddət ərzində Hesablama Palatası Nazirlər Kabinetinə 21 təklif təqdim edib, bu təkliflərdən 13-ü qəbul edilərək müvafiq aktlarda dəyişikliklər edilib, 4 təklif məqbul sayılmayıb, 4 təklifə münasibət bildirilməyib. 2018-ci ildə Hesablama Palatası Nazirlər Kabinetinə 6 yeni təklif təqdim edib.

V. Gülməmmədov deyib ki, hesabat ilində 8 nəzarət tədbirinin nəticələri barədə məlumatlar prokurorluq orqanlarına, 1 nəzarət tədbiri barədə məlumat isə Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib.




SON XƏBƏRLƏR