“Unikal” qəzeti həftəlik nəşrə başlayır

img

05-04-2019 [10:29]


Aprelin 1-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrıdığı qəzetlər arasında "Unikal" qəzeti də var.

Mia.az xəbər verir ki, "Unikal" qəzeti həftədə bir dəfə olmaqla ölkədə və dünyada baş verən dəqiq xəbərlər, siyasi və iqtisadi təhlillərlə dərc olunacaq.

Qeyd edək ki, qəzetin bir nüsxəsi 40 qəpikdir.

Qəzetin 1 nəfər üçün abunə qiymətləri aşağıdakı kimidir:

Aylıq – 1.60 qəpik

3 aylıq – 4.80 qəpik

6 aylıq – 9.60 qəpikdir.

Abunə yazılmaq üçün yayım firmalarının telefonları bunlardır:

Qaya Mətbuat Yayımı Firması. - (012) 465-67-13, (012) 564-48-96.

"Azərmətbuatyayım” ASC. (Respublikanın rayonları üçün.) - (012 440 16 26; 012 441 19 91)



Digər xəbərlər
SON XƏBƏRLƏR