05-04-2019 [00:28]
Qoç - işdəki gələcəyinizi necə gördüyünüzü düşünün. Heç bir perspektivi olmayan məsələlərdən imtina edin, puç xülyaları unudun.
Yaxşı pul əvəzinə vəd verilən yerdə qalmağınız zəifliyiniz, fatumla barışmağınızdır.
Yaxın ətrafınızdakı insanlar və ailə üzvləriniz qərarınızı pisləyə bilər.
Eyb etməz, sadəcə, intuisiyanızın dediyinə qulaq verin.
Bu gün tanış olacağınız insanlar sizi anlamırlar. Onlarla ünsiyyətdə həssas və sayıq olun.
Münasibətlərin rəvan, harmonik olmasına çalışın.
Buğa - son vaxtlar əldə etdiyiniz bilik və bacarıq bu gün karınıza gələcək. Təcrübədən yararlanmaqdan çəkinməyin.
İşdə eksperimentlər, çoxdan bəri sizi narahat edən problemin həllinin yeni variant və metodlarının axtarışı üçün əlverişli zamandır.
İşgüzar məsələləri müzakirə edin. Diskussiyalar konstruktiv olacaq.
Əks cins mənsubu sizinlə maraqlanacaq.
Lakin romantikaya qapılmayın. Həmin şəxsin sizin üçün nə dərəcədə maraqlı olduğunu düşünün. Usandırıcı ünsiyyətindən sonradan qurtulmağın çox çətin olacağı insanla təmas riski var.
Əkizlər - söhbətlər, xüsusilə də maraqlı olmayan müzakirələr xeyli vaxt alır. Belə söhbətlərdən yayının. Amma sərt olmayın, çünki söhbətə qatılanlar işiniz asılı olduğu adamlardan biridir.
Rəhbərliklə dil tapın, acıdil olmayın.
Yaradıcılıq potensialı yüksəkdir. İdeyalar da pis deyil, amma onların arasında nisbətən real olanı seçin.
Yaşamınızda köklü dəyişikliklər etməyin vaxtı çatmayıbmı?
Xərçəng - eksperimentlər üçün əla gündür. Anı hiss edin, qərar qəbulu və ya əhəmiyyətli addım üçün uğurlu vaxtı müəyyənləşdirməyə çalışın.
Yaxın ətrafınızdakı insanlar sizi təəccüblə izləyəcəklər. Onlar düşünürlər ki, yanlış qərar veribsiniz və uğursuzluğa düçar olacaqsınız. Fəqət, seçdiyiniz taktika səhihdir.
Günün ikinci yarısı dəvət aldığınız yerə yollanmaq, dostlarla görüş, relaks üçün yaxşıdır. Yeni tanışlıqlar və ya tanışlarla əlaqələrin möhkəmləndirilməsi istisna deyil.
Şir - çalışdığınız insanları dürüst qiymətləndirin. İfrat inam və etibar kimi, sizə yardım etmək istəyən şəxsə şübhə ilə yanaşmaq yersizdir. İş və ya şəxsi həyatla bağlı mühüm məsələlərin müzakirəsi üçün əlvreişli gün deyil. Münaqişə riski böyükdür.
Yaşam tonusunun səviyyəsi yüksəkdir. Enerjili, aktiv, qətiyyətli olun. Ev işlərini həll etmək, ya da yeni işə başlamaq olar.
Axşam saatlarını təmiz havada keçirin.
Qız - malliyyə itkiləri, uğursuz alış-veriş zamanıdır. Ciddi və genişmiqyaslı işə başlamaq istəyirsinizsə, yardımçı olacaq insanı müəyyənləşdirin.
Gərəksiz, perspektivsiz, puç xəyallara, mənasız vədlərə aldanmayın.
Uzunmüddətli kursa yazılmayın, tam bəlli olmayan sifarişi qəbul etməyin.
Səfər və ya səyahət üçün əla gündür. Şərait və mühit dəyişikliyi əhvalınızı yaxşılaşdıracaq. Maraqlı tanışlıqlar istisna deyil.
Uşaqlar və azyaşlı qohumlarla ünsiyyətdə gülərüz, həssas olun.
Tərəzi - pullarınızı ağılla, məntiqlə xərcləyin. Alış-verişdə hərisliyə və ya emosionallığa qapılmayın. Maliyyə durumunuz qəflətən yaxşılaşa bilər.
Böyük məbləğdə pul almağınız mümkündür. Yaxud da sərfəli anlaşma, işlə bağlı cazibədar təkliflər istisna deyil.
Uzunmüddətli planların hazırlanması üçün əlverişli gündür.
O planlardan birini reallaşdırmağa başlayın. Yaxın ətrafınızdakı insanlardan biri ideyanızı reallaşdırmaqda sizə yardımçı olacaq.
Günün ikinci yarısı qələbələr vaxtıdır.
Əqrəb - bir yerdə oturmaq istəmirsiniz. Macəra və sərgüzəşt arayırsınız. Yeknəsəklikdən qurtulmaq, rutin işlər əvəzinə maraqlı prosesə başlamaq naminə düşünülməmiş addım atmayın.
Yaranan problemləri dərhal həll etməyə çalışın. Həmin müşküllərin çözümü maraqlı olay olmasa da, səy göstərin.
Bu gün romantik münasibətlər başlana bilər.
Onlar parlaq, amma qısamüddətlidir. Çoxdan görmədiyiniz dostunuz axşam saatlarında sizə zəng edəcək, ya da yanınıza gələcək.
Oxatan - bu gün faydalı və maraqlı işləyə bilərsiniz. Əsas odur ki, sizi kimsə yolunuzdan sapdırmasın. Qarşınıza qoyduğunuz məqsəddən yayınmayın. Təzyiqə dözərək haqlarınızın tapdanması ilə barışmayın.
Mühüm qərarları təkbaşına qəbul edin. Yaxın ətrafınızdakı insanların məsləhətləri yararsızdır.
Psixoloji problemlərinizi həll edin, irəliyə doğru hərəkətə mane olan daxili sədləri aşın.
Qüvvənizə inanın, çünki ən çətin məsələnin öhdəsindən gələ bilərsiniz.
Axşam saatlarında həlim, gülərüz olun. Yaxın bildiyiniz insanlarla ünsiyyətdə mehriban davranın.
Oğlaq - işdə yeniliklər və dəyişikliklər ola bilər. Situasiyanı müşahidə edin. Nüfuzu artan insana gərəkli anda dəstək verməyinizdən perspektiviniz asılıdır.
İşdəki mövqelərini qorumaq üçün çoxdankı tərəfdaş və ya şəriklərdən biri ilə əməkdaşlıqdan imtina məcburiyyəti də yarana bilər.
Günün ikinci yarısında qəbul edəcəyiniz qərarı yaxınlarınız, qohumlarınız və ailə üzvləriniz bəyənməyə bilər.
Qərarınızın səbəbini və mövqeyinizi, plan və ya niyyətinizi açıqlasanız, ciddi problemlər yaranmayacaq.
Dolça - gün yeni işlər və tapşırıqlar, sifarişlər və təkliflər vəd edir. Bir zamanlar yardım etdiyiniz insanlar indi sizə kömək etməyə hazırdır. O insanlara laqeyd yanaşmayın.
Gəlir əldə edə bilərsiniz.
Səfər və səyahət istisna deyil. Olaylar maraqlı məcrada cərəyan edir.
Görüş və müzakirələri, yaşanan situasiyanın təhlilini günün ikirnci yarısına təyin edin.
Vəd verdiyiniz yerə gecikməyin. Dövlət qurumlarına yollansanız, bürokratik əngəlləri göz önünə alın və usanmayın, səbrsizlik etməyin.
Balıqlar - qüvvə və potensialınıza şübhəniz varsa, risk etməyin, uğursuzluğa düçar olmayın. Yerinizdə saymayın, döyüşə atılın.
Qələbə qazanacağınıza əmin olmasanız da, hərəkət edin.
Qorxular və tərəddüdlərin sizi üstələməsinə imkan verməyin. Belə davransanız, günün ilk yarısında irəliləyişə nail olacaqsınız.
Axşam saatlarını sakit ortamda keçirin. Yaxşı musiqiyə qulaq asın, maraqlı filmə baxın. Mənəvi qüvvələrinizi bərpa edin, praktiki işlərlə məşğul olun.
Günün ikinci yarısı ailə həyatı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün əlverişlidir (Milli.az).
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)