Piyadanı vurub qaçan sürücü həbs olundu

img

04-04-2019 [16:13]


Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, araşdırmalarla H.Məmmədzadənin cari il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və yol-nəqliyyat hadisəsinin "Jeep” markalı avtomobillə törədildiyi müəyyən olunub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, Binəqədi RPİ 4-cü Polis Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR