Bakı şəhər Baş Polis İdarəsi silahlı insidentlə bağlı məlumat yaydı

img

04-04-2019 [16:00]


Bakı şəhər Baş Polis İdarəsi aprelin 3-də paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

İdarədən Mia.az-a verilən məlumata görə, aprelin 3-də saat 19.30 radələrində Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşı ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıdıb.

Bildirilib ki, bu məsələyə aydınlıq gətirilməsi üçün E.Quliyev və onun yaxınları qarşı tərəfi, o cümlədən qayınatası Vəli Nəbiyev kafeyə dəvət edib: "Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb: E.Quliyevin atası Elnur Quliyev üzərində olan "Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb".

Binəqədi RPİ-də istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR