"Yıldırmla İmamoğlu arasındakı səs fərqi 29 mindən 19 minə enib" - YSK təmsilçisi

img

04-04-2019 [15:10]


Xəbər verdiyimiz kimi, 31 mart bələdiyyə seçkilərinin nəticələri İstanbulun 19 rayonunda təkrar hesablanır.

Mia.az xəbər verir ki, 19 rayondan 4-də səslər təkrar sayılsa da, nəticələr dəyişməyib.

Bununla bağlı "A haber"ə açıqlama verən AKP-nin YSK-dakı təmsilçisi Rəcəb Özəl deyib ki, əgər seçkidə bir yanlışlıq varsa, buna etiraz etmək təbii haqlarıdır: "Biz öz etirazlarımızı hər seçkidə bildiririk. Seçkini idarə edən seçki qurumlarıdır. CHP, İYİ, MHP-nin də etirazları var. Onlar tələsik vəsiqə istəyirlər. Ancaq qanunda etiraz haqqı var. Bunlar dəyərləndirilməmiş vəsiqə verilə bilməz".

AKP təmsilçisi deyib ki, araşdırmaları zamanı boş bülletenlərə imza atılması faktları üzə çıxıb: "Hazırda səslərin təkrar sayılması nəticəsində Binəli Yıldırmla Əkrəm İmamoğlu arasındakı səs fərqi 29 mindən 19 minə enib. İnanıram ki, səslərin tam sayılmasından sonra bu fərq Binəli bəyin xeyirinə bitəcək və o, qələbəsini təmin edəcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR