İstanbuldakı seçki: İmamoğlu və YSK-dan ilk açıqlama gəldi

04-04-2019 [11:16]
Xəbər verdiyimiz kmi, martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri İstanbulun 19 rayonunda təkrar sayılır.

Mia.az bildirir ki, dünəndən başlayan səssayma ilə bağlı bu gün Yüksək Seçki Kurulu (YSK) başqanı Sadi Güvendən ilk açıqlama gəlib.

O, YSK binasına daxil olarkən jurnalistlərə deyib ki, hələlik səslər sayılır: "Proses davam edir. Fövqəladə bir şey olarsa, açıqlama verərəm".

İlkin nəticəyə görə seçkidə qalib gələn CHP-li Əkrəm İmamoğlu isə dünəndən başlayan təkrar səssaymada nəticəyə təsir göstərəcək hal aşkarlanmadığını bildirib.

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla CHP-li Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu Binəli Yıldırıma 27 min artıq səslə qalib gəlib. Dünəndən başlayan təkrar səssaymadan sonra isə bu fərq 21 minə düşüb. 

Mia.az


SON XƏBƏRLƏR