Kirayəşinin 15.700 manat pulunun oğurlayan şəxs tutuldu

04-04-2019 [10:14]

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib.

​DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. "İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
​Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR