Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib

img

04-04-2019 [10:10]


Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Mia.az DİN-ə istinadən bildirir ki, aprelin 3-də DİN-in Baş İctimai Təhlükəsizlik və Xəzər Rayon Polis İdarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Mərdəkan və Binə qəsəbələrində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur.

​Bu istiqamətdə reydlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR