Rüşvət alan vəkil saxlanıldı

img

03-04-2019 [23:43]


Ermənistanda vəkil Vaaqn Danielyan saxlanılıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə o, hakimə rüşvət verməkdə şübhəli bilinir.

Qeyd edilir ki, Vaaqn Danielyanın rüşvət verdiyi hakim Qaqik Eboyan da cinayət başında saxlanılıb. İstintaqın məlumatına görə, hakim iddiaçının xeyrinə qərarın qəbulu üçün 3,5 min dollar məbləğində rüşvət tələb edib. Amma o, sonra daha bir qədər kiçik məğləğdə rüşvətə - 2,5 min dollara razılaşıb. Tərəfin pulunun ötürülməsi üçün vəkilin xidmətlərindən istifadə ediblər. Vəkil bir neçə gün əvvəl rüşvəti hakimə verib. Qaqik Eboyan faktla bağlı həbs olunub.

Daha əvvəl məlum olub ki, 2018-ci ildə Ermənistanda korrupsiya ilə bağlı istintaq orqanlarının icraatında olan işlər çərçivəsində 960 şəxs məsuliyyətə cəlb edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR