İranda təbii fəlakət qurbanlarının sayı 62 nəfərə çatıb

img

03-04-2019 [21:41]


İranda daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə, yaralıların sayı isə 478 nəfərə çatıb.

"Report” "Haber7”yə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Xidmətinin sözçüsü Müctəba Xalifi bildirib.

Onun sözlərinə görə, 478 yaralıdan 19-u tibbi nəzarət altındadır.

İranın Meteoroloji təşkilatı Qum, Simnan, Gülüstan və Kirmanşah əyalətlərində sel təhlükəsi xəbərdarlığının, Xuzistan əyalətində isə sel təhdidinin mövcud olduğunu bildirib.

Qeyd edək ki, martın 25-də leysan yağışlar nəticəsində ölkənin 31 əyalətindən 28-də daşqın əmələ gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR