Şriftin ölçüsü / 80 dəfə oxunub

ATƏT jurnalistlərin təhlükəsizliyi ilə bağlı konfrans keçirəcək

03 Aprel 2019 [15:39]

Aprelin 12-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in təşkilatçılığı ilə jurnalistlərin təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək.

Mia.az xəbər verir ki, ATƏT-in media azadlıqları üzrə nümayəndəliyinin təşəbbüsü ilə keçiriləcək tədbirdə müxtəlif ölkələrdə təzyiqə və hücumlara məruz qalmış jurnalistlər, həmçinin müxtəlif vaxtlarda qətlə yetirilmiş media nümayəndələrinin həmkarları iştirak edəcəklər. Konfransda jurnalistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində ATƏT-in görəcəyi tədbirlər də müzakirə olunacaq.

ATƏT-in mətbuat üçün açıqlamasında bildirilir ki, ötən il Milanda keçirilmiş təşkilatın Nazirlər Şurasının iclasında bu məsələ ilə bağlı qətnamə qəbul edilib. Konfransda 30 ölkəni təmsil edəcək media ekspertləri, alimlər və siyasətçilər müzakirə olunacaq məsələ ilə əlaqədar təkliflərini təqdim edəcəklər.



SON XƏBƏRLƏR