Fuad Muradov Gürcüstanın dövlət naziri ilə görüşüb - FOTO

02-04-2019 [19:50]
Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb.

Mia.az "Report”a istinadən xəbər verir ki, görüşdə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri, nazirin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Ayaz Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak edib.

Gürcüstanın azərbaycanlı vətəndaşlarının ölkənin vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər, həmçinin milli azlıqlardan olan gənclər üçün nəzərdə tutulan təhsil və təcrübə proqramları barədə müzakirələr aparılıb, eyni zamanda Gürcüstandakı Azərbaycan icmasının hazırkı vəziyyəti və üzləşdiyi problemlərə toxunulub.

Tərəflər Gürcüstan və Azərbaycan arasında dostluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə razılıq ifadə ediblər. 


SON XƏBƏRLƏR