Məzarlara qənim kəsilən 26 yaşlı şəxs tutuldu

02-04-2019 [17:37]

Aprelin 1-də Şəmkir rayonunun Keçili kəndinin bir qrup sakini DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək martın 31-dən aprelin 1-nə keçən gecə kənd ərazisində yerləşən qəbristanlıqda iki qəbir daşının yararsız hala salınması, 50-dən çox məzar daşının isə yaxınlığında olan güldanlarının qırılmasını bildiriblər.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayon Keçili kənd sakini, 26 yaşlı Coşqun Nəcəfli saxlanılıb.

O, törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR