Aptekdə narkotik tərkibli dərman pereparatları aşkarlandı

02-04-2019 [17:28]

Narkotik tərkibli dərman pereparatları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Ağcabədi şəhər ərazisində yerləşən apteklərin birində qanunsuz olaraq narkotik təkibli dərman pereparatlarının satışı ilə bağlı RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini Anar Fətullayev saxlanılıb. A. Fətullayevə məxsus aptekə baxış keçirilən zaman oradan 43 adda müxtəlif növ narkotik tərkibli dərman pereparatları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR