"Bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir"

02-04-2019 [17:19]

"Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin "yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir".

Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin yaydığı məlumatda yer alıb.

XİN-dən bildirilib ki, Ermənistanın bu kimi addımları iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir: "Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur.

Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir".



SON XƏBƏRLƏR