Ərdoğanın partiyası İstanbul uğrunda mübarizəyə başladı

img

02-04-2019 [15:10]


Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulun bütün rayonlarında seçkinin nəticələrinə etiraz etmək barədə qərar qəbul edib.

Məlumatı "Hürriyet” yayıb.

Bildirilib ki, partiyanın qərarı aprelin 2-də yerli vaxtla saat 15-də (Bakı vaxtı ilə 16-da) İstanbulun 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq/Report.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyələrə seçkilər keçirilib. Rəsmi nəticəyə görə, İstanbulda keçirilən seçkidə AKP-nin namizədi olan AKP-li Binəli Yıldırım CHP-li Əkrəm İmamoğluna məğlub olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR