Nazarbayev Prezidentlikdən niyə getdi?

img

02-04-2019 [12:58]


Qazaxıstanın yeni rəhbəri Qasım Jomart Tokayev mənim gözləntilərimi doğruldacaq.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.

"Siz bilirsiniz ki, bir müddət əvvəl mən digər işə keçmək və prezidentliyi təhvil vermək qərarı qəbul etdim. Ona görə ki, hər nəslin öz dövrü, özünün görməli olduğu iş var. Mən ölkə rəhbərliyində ən yüksək vəzifəyə gəldim, nələrin olduğunu gördüm və qərara gəldim ki, strateji problemlərə diqqət ayırım. İnanıram ki, mənim yerimə prezident olan cənab Tokayev gözləntilərimi doğruldacaq”, – deyə o bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR