Rusiya DİN-in idarə rəisi rüşvətə görə tutulub

02-04-2019 [11:59]
Rusiya Daxili İşlər Nazirliyinin idarə rəisi və əməkdaşı 12 milyon rubl (180 min dollara yaxın) rüşvət aldıqlarına görə tutulublar.

"Report” xəbər verir ki, bunu "Kommersant” yazıb.

Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin əməliyyat-axtarış tədbirlərinin təmini üzrə texniki və maliyyə idarəsinin rəisi, polkovnik Sergey Burkov və onun tabeliyində olan Stepan Uvarov qurumun ən məxfi bölmələrindən birinə, əməliyyat-axtarış bürosuna xüsusi texnika alarkən 12 mln. rubl rüşvət almaqda şübhəli bilinirlər.

Rüşvət verən isə "HBM” Açıq Tipli Səhmdar Cəmiyyətin sahibi Vladimir Şerbakovdur. Məhkəmə onun barəsində ev dustağı qətimkan tədbiri seçib. Şerbakovun şirkətinin texniki tədarük üzrə imzaladığı başqa müqavilələri də yoxlanılır. 


SON XƏBƏRLƏR