Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

img

02-04-2019 [08:31]


Böyük Britaniya kraliçası II Yelizaveta Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

MİA.az Böyük Britaniya hökumətinə istinadən xəbər verir ki, bu postu Ceyms Şarp tutacaq. 

O, bu vəzifədə Kerol Kroftsu əvəz edəcək. Şarp vəzifəsinin icrasına cari ilin iyulundan başlayacaq.

Qeyd edək ki, Şarp 2013-2015-ci illərdə Birləşmiş Krallığın XİN-in miqrasiya xidmətinin rəhbəri, 2017-2018-ci illərdə isə Şərqi Avropa və Mərkəzi Asiya departamentində siyasi müşavir olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR