Bu qəzetlərə pul ayrıldı - SİYAHI

img

01-04-2019 [19:56]


Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Mia.az Fonda istinadən bildirir ki, iclasda Vüqar Səfərli qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. 

İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir.

İcraçı direktor bildirib ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur.

II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.

III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib:

I kateqoriya - Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

Qəzetin Adı

Ayrılmış aylıq vəsait

(manatla)

1.

"Bakı-Xəbər” qəzeti

20000

2.

"Kaspi” qəzeti

20000

3.

"Yeni Müsavat” qəzeti

20000

4.

"Səs” qəzeti

20000

5.

"Yeni Azərbaycan” qəzeti

20000

6.

"Mövqe” qəzeti

20000

7.

"Kaspiy” qəzeti

20000

II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

Qəzetin Adı

Ayrılmış aylıq vəsait

(manatla)

1.

"Həftə İçi” qəzeti

10000

2.

"Novoye Vremya” qəzeti

10000

3.

"Azernews” qəzeti

10000

4.

"525-ci qəzet"

10000

5.

"Xalq Cəbhəsi” qəzeti

10000

6.

"Paralel” qəzeti

10000

7.

"Hürriyyət"

10000

8.

"Olaylar” qəzeti

10000

9.

"Palitra” qəzeti

10000

     10.

"Ədalət” qəzeti

10000

11.

"Üç nöqtə” qəzeti

10000

12.

"Azad Azərbaycan” qəzeti

10000

13.

"Şərq” qəzeti

10000

III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər

Qəzetin Adı

Ayrılmış aylıq vəsait(manatla)

1.

"Oxu Məni” qəzeti

5000

2.

"Unikal" qəzeti

5000

3.

"Türküstan" qəzeti

5000

4.

"The Business Times” qəzeti

5000

5.

"Hərbi And” qəzeti

5000



Digər xəbərlər
SON XƏBƏRLƏR