Çılpaq qızların videosunda adı hallananlardan biri müğənninin qardaşıdır

01-04-2019 [16:49]
Dünəndən ölkə gündəmini zəbt edən 3 qızın lüt videosu ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) rəsmi məlumat yayıb. 

 Xəbərdə əyləncə məclisini təşkil edənlər arasında Valeh İsrafilovun adı yer alıb. Bildirilib ki, eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub. 

Qeyd edək ki, Valeh xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşıdır. Valeh özü də müğənni kimi fəaliyyət göstərir. 

Bundan əvvəl müğənni Mətanət Əsədovanın içki məclisində yayılan videosunda da onun adı hallanırdı. Həmin məclisə Əsədovanı Valehin dəvət etdiyi, onların bir arada olduğu bildirilmişdi.

Xatırladaq ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Videoya görə, Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunmuş və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Axşam.Az


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...