Əflatun Amaşov qızların videosundan danışdı: “Təəssüf ki, bəzi internet media resurslarımızda...”

img

01-04-2019 [10:57]


Bu gün sosial şəbəkələrdə yayılmış əxlaqsız video-görüntünün geniş müzakirə predmetinə çevrilməsi diqqətimizdən yayınmadı. Əlbəttə, cəmiyyətin ahənginə, dəyərlərinə, mövcud yaşam tərzinə zidd hərəkət və davranışlara münasibətdə ictimai qınağın olması təbiidir”.

Bunu Mətbuat Şurasının səddri Əflatun Amaşov deyib. O, düşünür ki, media məhz məlum durumla bağlı qınağın formalaşmasında aktiv rol oynamamalıdır: "Təəssüf ki, buna məhəl qoymayan bəzi internet informasiya vasitələrimiz oldu. Onlar ucuz sensasiya dalınca qaçmağa üstünlük verdilər”.

Ə. Amaşovun fikrincə məlum video-görüntünü xəbər kimi işıqlandıran, kimisə, kimlərisə hansısa formada qınağa çəkən, çəkməyə cəhd edən, qınağa çəkilməsinə şərait yaradan media vasitəsi birmənalı qaydada "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı pozur: 

"Şəxsi həyata müdaxilə faktı olduğundan burada həmçinin qanunvericiliyin pozulması da diqqətdən yayınmamalıdır. Məsələyə soyuq baxış budur. Biri və biriləri əxlaqsızlıq edirsə, etdiyi əxlaqsızlığı yayırsa, nəzərə almaq lazımdır ki, media həmin əxlaqsızlığı hətta məhdudiyyət tətbiq edərək tirajlamaqla heç bir qınaq formalaşdırmır, cəmiyyətə örnək nə isə aşılamır, əksinə əxlaqsızlığın bu və ya digər şəkildə şüurlara yeridilməsinə meydan verir, onu adiləşdirir.

Həssaslıq hər bir hadisənin, prosesin sonrakı nəticələrini düşünmək məharətidir. Peşəkarlıq isə həmin nəticələrin ictimaiyyət üçün faydalılığını, səmərəliliyini görə bilmək bacarığıdır. Həssaslıq və peşəkarlıq məlum video-görüntünün tirajlanmasının nəticələrinin orada yer alan şəxslər üçün hansı aqibəti yarada biləcəyini nəzərə almaqdır. Əfsus, media vasitələrimiz məsələni nəzərə almadılar.

Ortada böyük ayıb var. Belə bir ayıb 31 mart Azərbaycanlıların Soyqırımı Günündə dövriyyəyə buraxılıb. Düşünmək olar ki, qəsdən edilib, planlı şəkildə. Jurnalist peşəkarlığı xüsusən buna diqqət yetirəcək, belə bir ehtimalı götür-qoy edəcək qədər həssas məsələdir. Təəssüf ki, bəzi internet media resurslarımızda həssas yanaşmanı görmədik.

Azərbaycan Mətbuat Şurası olaraq bütün media vasitələrini artıq neçənci dəfədir təkrarlanan cəmiyyətin dəyərlərinə zidd halları yayımlamaq kimi mənfi tendensiyadan imtina etməyə, oxşar hallara son qoymağa çağırırıq. Heç bir reytinq, IP göstərici yüksəkliyi bunu əldə etmək üçün seçilmiş yoldakı yarıtmazlığa, dəyərlərə etinasız münasibətə, etinasızlığın dolayı və birbaşa təbliğinə haqq qazandırmır. İstərdik ki, jurnalistlər bu tövsiyəmizi gələcəkdə ciddi şəkildə nəzərə alsınlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR