Bakıda politoloqun evi qarət edilib...

img

30-03-2019 [22:48]


Politoloq Nəzakət Məmmədovanın yaşadığı mənzildən oğurluq olub. 

Mia.az xəbər verir ki, bu barədə "Report”a N.Məmmədovanın özü məlumat verib.

O bildirib ki, hadisə martın 29-da qeydə alınıb. Belə ki, naməlum şəxs (və ya şəxslər) tərəfindən N.Məmmədovanın Səbail rayonu, Bayıl qəsəbəsindəki evindən iki ədəd noutbuk, mobil telefon və televizor oğurlanıb.

O, bununla bağlı Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR