Bayram Mәmmәdov həbs olundu - Atası danışdı

img

30-03-2019 [22:01]


Prezident İlham Əliyevin sonuncu әfv sәrәncamı ilә azadlığa çıxan, hüquq müdaifəçiləri tərəfindən siyasi mәhbus kimi tanınan Bayram Mәmmәdov martın 30-da Sabunçu rayon Məhkəməsinin qərarı ilə 30 sutka inizibati həbsə məhkum edilib.

Bu barədə Turan-a Bayram Məmmədovun atası Fərman Bayramov məlumat verib.

"Bu gün, martın 30-da sahə müəvkkili evimizə gəldi ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırılır. Bayram və mən birlikdə 12-ci Polis Bölməsinə getdik. Oradan Bayramı Sabunçu rayon Polis İdarəsinə apardılar. Sonra isə onu Sabunçu rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 30 sutka inzibati həbsə məhkum ediblər”, – Fərman Bayramov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR