Vergi işçisi olmaq istəyən 1544 namizəddən cəmi 108 nəfər imtahandan keçdi

img

30-03-2019 [17:15]


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Mia.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

Bildirilib ki, imtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib: "Onlardan 216 namizəd imtahana gəlməyib. 1 nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR