Rafael Ağayev Avropa çempionatının finalında uduzdu

img

30-03-2019 [16:53]


Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatında gümüş medal qazanıb.

"Report” xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan 34 yaşlı idmanaçı İspaniyanın Qvadalaxara şəhərində ikinci yeri tutub. O, həlledici görüşdə italiyalı Luici Busaya uduzub - 0:1. R.Ağayev finala qədər Yusid Suljiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosova) və Stanislav Xorunanı üstələyib.

Bunadək Asiman Qurbanlı (+84 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, R.Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də "Bakı 2015” I Avropa Oyunlarının və "Bakı 2017” IV İslam Oyunlarının qalibi olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR