Qaradağda sərnişin avtobusu yük maşınına çırpılıb, yaralananlar var

img

30-03-2019 [13:35]


"Araz Trans” şirkətinə məxsus "Mercedes” markalı iri tutumlu sərnişin avtobusunun Qaradağ rayonu ərazisində "QAZel” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. 

Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb. 

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, beynəlxaq daşımalarda iştirak edən avtobus Tbilisidən Bakıya gəlirmiş.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR